“Müəllimlər bir çox hallarda dərsə hazırlıqsız gəlir”

  10 İyun 2021    Oxunub :576
 “Müəllimlər bir çox hallarda dərsə hazırlıqsız gəlir”
Son həftələrdə 24 məktəbdə monitorinq keçirilib. Məqsəd məktəblərdə hüquqi sənədləri deyil, öyrətməni ölçmək idi. Burada əsas məqsəd uşaqların məktəblərdə nə dərəcədə öyrənməsidir.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayım zamanı deyib.

O bildirib ki, bir çox hallarda müəllimlərin dərsə hazırlıqsız gəlməsi, dərs prosesinin təşkilində çətinlik çəkməsi müşahidə edilib:

“Monitorinqlər müəllimin əsas ehtiyacının nə olmasını öyrənməyə imkan verəcək. Monitorinqlərin nəticəsinə əsasən müəyyən təlimlər və addımların atılmasını planlaşdırıq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Məktəb   Müəllim   Təhsil