Boksçularımız 14 medal qazandı
AzVision.az xəbər verir ki, Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan komandası yarışı 4 qızıl, 1 gümüş və 9 bürünc medalla başa vurub. Son ölkə çempionu Tural Əhmədov beynəlxalq turnirdə də 1-ci yerə layiq görülüb. Milli komandamızın üzvü finalda Qırğızıstan idmançısı Bektur Otoqonovu məğlub edib.
Lorenzo Sotomayor da (64 kq) yarışı 1-ci yerdə başa vurub. Kuba əsilli boksçumuz həlledici görüşdə Gürcüstan idmançısı İrakli Melikaşvilini üstələyib.
İlk dəfə Azərbaycan bayrağı altında beynəlxalq turnirdə iştirak edən Jaba Xositaşvili (75 kq) bütün rəqiblərindən üstün olub. "Baku Fires" klubunun digər üzvü Denis Latipov (91+kq) isə finala vəsiqə qazansa da, yarımfinalda idmançıya yaraşmayan hərəkət etdiyindən diskvalifikasiya olunub.
49 kq
Denis Kozaruk (Ukrayna) - Turat Osmonov (Qırğızıstan) - T.Osmonov qalib gəlib
52 kq
Zarid Jumayev (Türkmənistan) 0:3 Oldjas Satibayev (Qazaxıstan)
56 kq
Tural Əhmədov (Azərbaycan) 2:1 Bektur Otoqonov (Qırğızıstan)
60 kq
Aşxat Nametkerim (Qazaxıstan) 0:3 Zakir Safiullin (Qazaxıstan)
64 kq
İrakli Melikaşvili (Gürcüstan) 0:3 Lorenzo Sotomayor (Azərbaycan)
69 kq
İqor Xaritonov (Rusiya) 3:0 Qela Abaşidze (Gürcüstan)
75 kq
Tomas Pivorun (Litva) 0:3 Kamran Şahsuvarlı (Azərbaycan)
81 kq
Jaba Xositaşvili - Dauren Yelusinov (Qazaxıstan) - J.Xositaşvili qalib gəlib
91 kq
Tadas Tamaşkauskas (Litva) 2:1 Heydər Heydərov (Azərbaycan)
91+kq
Denis Latipov (Azərbaycan) - Mixail Baxtidze (Gürcüstan) - D.Latipov diskvalifikasiya olunub
Teqlər: