Minlərlə cəsəd soyuducuda gizlədilib - Erməni hərbçilərin ailələri etiraz edir (VİDEO)

Minlərlə cəsəd soyuducuda gizlədilib -   Erməni hərbçilərin ailələri etiraz edir (VİDEO)
  31 May 2021    Oxunub:3728
Ermənistanda itkin düşən hərbçilərin qohumları etiraz aksiyası keçirir.

Azvision.az xəbər verir ki, etirazçılar bir sıra küçələri bağlayıblar. Bildirilib ki, səlahiyyətli şəxslər Qarabağda ölən erməni hərbçilərin cəsədlərini uzun müddət soyuducuda gizlədiblər.
Valideynlər onlara verilən rəsmi məlumatları araşdırdıqdan sonra Qarabağda cəsədlərin axtarışı zamanı meyitxanaya daxil olanların sayından daha az cəsəd tapıldığını aşkar ediblər.

Etirazçıların sözlərinə görə, dövlət qurumları çoxsaylı itkiləri cəmiyyətə bəyan etməmək üçün cəsədləri soyuducuda gizlədib.

Valideynlər bütün vətəndaşları onlara qoşulmağa çağırıb.

Qeyd edək ki, müharibənin ilk günlərindən “qazandıq” seriyalı yalanları pozmamaq üçün minlərlə cəsədin "Spayka" şirkətinin soyuducularında saxlanıldığı barədə məlumatlar var idi.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti