Azərbaycanlı şairin paylaşımı Türkiyədə böyük maraq doğurdu

Azərbaycanlı şairin paylaşımı Türkiyədə böyük maraq doğurdu
  28 May 2021    Oxunub:2772
Vətənpərvər mahnıların söz yazarı, şair Cəlal Qurbanovun Cümhuriyyət Günü ilə bağlı paylaşımı Türkiyə mediasında böyük maraqla qarşılanıb.
Video həm Kral TV-də efirə gedib, həm də Kral.fm radiosunun aparıcısı Afrikalı Ali onu efirdə səsləndirib, üstəlik, öz instagram profilində paylaşıb.



Aparıcı onu xeyli təsirləndirən videonun Türkiyədə geniş yayıldığını bildirib:





Cəlal Qurbanovun Türkiyə-Azərbaycan dostluğuna həsr olunmuş paylaşımında bu şeir yer almışdı:

Soyumuz bir, qanımız bir.
Dinimiz bir, dilimiz bir.
Haqqa doğru yolumuz bir,
Türkiyə-Azərbaycan!

Türk oğluyuq, bir Millətik,
Bu birliklə Əzəmətik.
Sənə fəda olsun bu can,
Türkiyə-Azərbaycan!



Cəlal Qurbanov şeirini bu sözlərlə paylaşıb: “Bu gün tariximizin ən şanlı və parlaq səhifələrindən biridir. 103 il əvvəl məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə şərqdə ilk müstəqil,azad, demokratik respublika yaradıldı. Məhz bu gündə baş verənlər xalqın milli şüurunu özünə qaytardı, kökümüzü, soyumuzu, əcdadımızı, bir türk dövləti olduğumuzu bir daha bizə xatırlatdı.
Hələ 2-ci Qarabağ müharibəsindən əvvəl Əli balam “Ey Türk Oğlu Qalx Ayağa” adlı layihədə - bir millət iki dövlət - olduğumuz haqda çağırış etmişdi. Və orda Türk Bayrağını qürurla daşıyan Şəhid Qardaşımız Rəhim Hüseynovun tutduğu o Şanlı Türk bayrağını indi - Böyük Zəfərimizdən sonra Əli başı dik, qürurla və fəxarətlə daşıyır. Bəli... Türk oğulları bir olarsa, onlara üstün gəlmək, qolunu bükmək mümkün deyil. Son zəfərimizdə bu, bir daha sübut olundu. Əbədi birliyimiz var olsun! AZƏRBAYCAN, TÜRKİYƏ bayraqları daim yüksək zirvələrdə qoşa dalğalansın!”


Teqlər:





Xəbər lenti