“Avroviziya” qalibinin narkotik testinin nəticəsi açıqlandı
“22 mayda “Avroiviziya” mahnı yarışmasının finalında yaşıl otaqda Damianonun narkotik istifadəsinə dair şübhələrə əsasən, Avropa Yayım Birliyi, İtalya nümayəndə heyətinin istəyi ilə videoda görünən şəxslərlə bağlı yoxlama apardı. Bu gün qrupun solisti könüllü olaraq narkotik testindən keçdi və nəticə mənfi oldu. Yaşıl otaqda narkotikdən istifadə halı baş verməyib. Bu məsələni qapalı hesab edirik”, - deyə məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: Avroviziya