Nazirlikdən yenilik: kolleclər üçün maşınlar alınıb
Qeyd edək ki, respublikamız müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq belə bir təşəbbüs irəli sürülüb. Təlim üçün nəzərdə tutulmuş Avropa istehsalı olan bu avtomobillər 1600 kub/sm mühərrik və 5 pilləli mexaniki sürət qutusu ilə təchiz edilib. Avtomobillər həm idarəetmə, həm də təhlükəsizlik baxımından Avropa standartlarına cavab verir.
Müvafiq sahə üzrə kadr hazırlayan ilk peşə-ixtisas təhsili müəssisələri üçün alınmış yeni avtomobillər tədrisin səmərliliyinin artırılmasına münbit şərait yaradacaq.
Sevinc İltifatqızı