Nizami Gəncəvi ilə bağlı intellektual proqram keçiriləcək

Nizami Gəncəvi ilə bağlı intellektual proqram keçiriləcək
  15 May 2021    Oxunub:3423
Milli Azərbaycan Tarixi Muzeyində 18 may - Beynəlxalq Muzeylər günü həftəsi və "Nizami Gəncəvi İli" çərçivəsində "Nizami Gəncəvi yaradıcılığı uşaqların gözü ilə" adlı intellektual proqram keçiriləcək.
Muzeydən Azvision.az -a bildirilib ki, mayın 20-də keçiriləcək proqrama foto-slayd təqdimat, rəsm ustad dərs, viktorina, furşed, muzeyə ekskursiya, foto-sessiya daxildir.

İştirakçılara sertifikat təqdim olunacaq. Tədbirdə yaş həddi 8-12-dir. Proqramda iştirak ödənişlidir. İntellektual proqramla maraqlananlar 0124931134, 0556655257 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Azvision.az


Teqlər: Nizami-Gəncəvi  





Xəbər lenti