Bakıdakı “JARA 2022”nin tarixi açıqlandı

  15 May 2021    Oxunub :3788
 Bakıdakı “JARA 2022”nin tarixi açıqlandı
Bakıda keçiriləcək "JARA 2022" Beynəlxalq Musiqi Festivalının tarixləri açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə festivalın sosial şəbəkədə hesabında paylaşım edilib.

"Bakıda, Xəzər dənizinin sahilində baş tutacaq "JARA 2022 "nin tarixləri məlum oldu. Sizi 27-31 iyulda gözləyirik!", - deyə məlumatda bildirilib.

Xatırladaq ki, JARA ilk yubileyini 23-27 iyun tarixlərində Moskvada, "Lujniki" kompleksinin ərazisində qeyd edəcək.

Azvision.az

Teqlər: JARA