Bakıda maşın qaçıran şəxs saxlanıldı

Bakıda maşın qaçıran şəxs saxlanıldı
  14 May 2021    Oxunub:3152
Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə mayın 13-də rayon ərazisindən Bakı şəhər sakini S.Əliyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Həmidov müəyyən edilərək saxlanılıb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Maşın   Oğurluq  





Xəbər lenti