Şəhid Milli Qəhrəmanın doğum günü qeyd olunub

  09 May 2021    Oxunub :5088
Şəhid Milli Qəhrəmanın doğum günü qeyd olunub
Gürcüstanın Qardabani rayonunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin doğum günü qeyd olunub.
Azvision.az xəbər verir ki, tədbir şəhidin doğulduğu Qardabani rayonunun İstisu (Tbilitskaro) kəndində yerli sakinlərin təşəbbüsü ilə təşkil edilib.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub. Çıxışlarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda gedən mübarizədə Gürcüstanda doğulub boya-başa çatmış soydaşlarımızın rolundan danışılıb. Gürcüstanda doğulan soydaşlarımızın da harada yaşamasından asılı olmayaraq doğma Azərbaycan üçün mübarizəyə hazır olduqları, bunun üçün lazım gələrsə canlarından keçməyə belə qadir olduqları xüsusi qeyd edilib.

Çıxış edənlər şəhid Milli Qəhrəman polkovnik İlqar Mirzəyevin qəhrəmanlığından söz açıblar. Sonra şəhid İ.Mirzəyevin xatirəsinə həsr edilmiş tədbir iftar süfrəsi ətrafında davam etdirilib.

Azvision.az

Teqlər: Şəhid