Hər il tələbələrin 3 faizi ali məktəbdən xaric olunur

 Hər il tələbələrin 3 faizi ali məktəbdən xaric olunur
  08 May 2021    Oxunub:3639
Tələbələrin universitetlərdən xaric olunması rəqəmlərinin artması barədə deyilənlərlə bağlı araşdırma aparmışıq. Statistikaya görə, böyük dəyişiklik müşahidə olunmur. Təxminən hər il 3 faiz tələbə müxtəlif səbəblərdən ali məktəbdən xaric olunur.
Azvision.az verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda deyib.

"2016-2017-ci ildə pandemiya olmayıb, həmin il 3588 nəfər, 2017-2018-ci ildə 3807 nəfər tələbə universitetdən xaric olunub", - deyə nazir bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   Universitet   Nazir  





Xəbər lenti