`Formula-1` Azərbaycanda keçiriləcək

`Formula-1` Azərbaycanda keçiriləcək
  05 Mart 2014    Oxunub:3342
Berni Ekleston və “Kral” Braytor `Formula-1`-i Azərbaycana gətirir.
AzVision.az Dailymail-ə istinadən xəbər verir ki, “Formula-1”in prezidenti Bernard (Berni) Çarlz Ekleston Formula Bir yarışlarını Azərbaycanda keçirilməsi ilə bağlı ilkin müqavilə imzalayıb. Bu işdə ona köhnə dostu, Flavio Braytor kömək edib.

Qeyd edək ki F. Braytorun Renault komandası 2008- ci ildə `Sinqapur Qran Pri` yarışlarında iştirak edib.

‘Bling King of Azerbaijan’ kimi tanınan milyarder Braytor artıq Bakıda özünə biznes qurub. Bu dəfə o, `Formula-1` yarışlarını ölkəmizdə keçirilməsində vasitəçiliyi öz üzərinə götürüb.

Yarışların Azərbaycanda keçiriləcəyini Ekleston da təsdiqləyib: “Biz Azərbaycana gedirik”.

Məşhur idmançının sözlərinə görə, “ Formula-1Azərbaycan” yarışlarının 2015 -2016-cı illərdə keçirilməsi nəzərdə tutulub: “ Hazırda yarışların 2015-ci ildə keçirilməsi üzrə Azərbaycan tərəfi ilə danışıqlar aparılır. Lakin 2016-cı ildə keçirilməsi də istisna deyil”.

Dailymail qeyd edir ki, Bakı küçələrində keçiriləcək yarışlar, Gran Pri Azərbaycan macərası Formula Birin getdikcə daha da qloballaşmasını göstərir. Qeyd edək ki, ən-ənəvi yarışların keçiriləcəyi ölkələr sırasına Türkiyə, Çin, Abu-Dabi, Bəhreyn və Malayziyanın adları əlavə edilib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti