Bakı və Sumqayıtda dərslərin keçirilmə forması açıqlandı

  08 May 2021    Oxunub :1860
 Bakı və Sumqayıtda dərslərin keçirilmə forması açıqlandı
Bakı, Sumqayıt və Abşeronda dərslərin keçirilmə forması açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, mayın 17-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində və ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) tədris həftədə 2 dəfə əyani formada təşkil ediləcək.

İbtidai təhsil səviyyəsində isə (I-IV siniflərdə) həftədə 3 dəfə olmaqla əyani formada təşkil ediləcək.

Azvision.az

Teqlər: Təhsil   Dərs