Ötən ay 67 nəfərin xarici diplomu tanınmayıb

  06 May 2021    Oxunub :2242
Ötən ay 67 nəfərin xarici diplomu tanınmayıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) aprel ayı üçün tanınma üzrə statistik məlumatları açıqlayıb.
TKTA-dan Azvision.az -a bildirilib ki, aprel ayında müraciət edən 246 nəfərdən 179-u barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 37, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 23, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 3, digər səbəblər üzrə 4, ümumilikdə 67 nəfərin müraciəti mənfi qərarla nəticələnib.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 73, Rusiya Federasiyasından 64, Ukraynadan 62, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 15, Gürcüstandan 7, digər ölkələrdən isə 25 müraciət olunub. Hüquqşünaslıq üzrə 33, iqtisadiyyat üzrə 31, maliyyə üzrə 30, biznesin idarə edilməsi üzrə 19, menecment üzrə 15 nəfər müraciət edən qeydə alınıb.

Azvision.az

Teqlər: Diplom