Minlərlə tələbənin təhsil haqqını dövlət ödəyəcək

  06 May 2021    Oxunub :4067
 Minlərlə tələbənin təhsil haqqını dövlət ödəyəcək
Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarının əhatə etdiyi dövr 2020-2021-ci tədris ilinin II yarımili üçün uzadılıb.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, qərara əsasən, 2020-2021-ci tədris ilinin ikinci yarımili sosial baxımdan həssas əhali qrupuna aid edilən tələbələrin təhsil haqqı xərcləri dövlət büdcəsi hesabına ödəniləcək.

Bu tələbələrin sayının 15 min 500 – 16 min 500 nəfər arasında olması proqnozlaşdırılır. Bu məqsədlə dövlət büdcəsindən 14 milyon manat ayrılması nəzərdə tutulur.





Azvision.az

Teqlər: Təhsil   Tələbə