İbtidai siniflərdə 5 gün tətil olacaq

 İbtidai siniflərdə 5 gün tətil olacaq
  28 Aprel 2021    Oxunub:4759
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində 1-5 may tarixləri tətil günləridir. Bu məsələ Nazirlər Kabinetinin Qərarında əks olunub.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmisi bildirib ki, qeyd edilənlərə əsasən, cari tədris ilində də 1–5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.

Azvision.az


Teqlər: Məktəb   İbtidai-sinif  





Xəbər lenti