Milli Qəhrəmanın adını daşıyan gəmi təmir olundu
Proses müddətində “Təbriz Xəlilbəyli” gəmisinin bir ədəd köməkçi mühərrikinin əsaslı, iki ədəd köməkçi mühərrikinin cari təmiri həyata keçirilib. Braşpil qurğusu, yağ və su soyuducuları, hava balonlarının armaturları, müxtəlif təyinatlı boru sistemləri, elektrik hissələri və avtomatik idarəetmə sistemlərində təmir işləri görülüb. Heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda lazımi işlər aparılıb.
Su altı hissəsinin texniki vəziyətini yoxlamaq məqsədilə gəmi tərsanəyə qaldırılıb. Bu zaman gəminin dib-yan armaturlarının, protektor qurğularının təmiri işləri aparılıb, gəminin sualtı və suüstü hissələrində zədələnmiş metal lövhələr, qoruyucu metal kəmərlər dəyişdirilib, təmizlənmə-rənglənmə işləri başa çatdıqdan sonra hər iki göyərtədə qoruyucu-təkərlər yenilənib.
Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb və sınaq işləri uğurla başa çatdırılıb. Gəmi yenidən istismara qaytarılıb.
Azvision.az
Teqlər: MilliQəhrəman TəbrizXəlilbəyli