Birinci sinfə qəbulla bağlı “WhatsApp” hesabı yaradıldı

Birinci sinfə qəbulla bağlı “WhatsApp” hesabı yaradıldı
  27 Aprel 2021    Oxunub:3358
Təhsil Nazirliyi tərəfindən birinci sinfə şagird qəbulu ilə bağlı “WhatsApp” hesabı yaradılıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, vətəndaşlar həmin “WhatsApp” platforması vasitəsilə də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa biləcəklər. Məqsəd birinci sinfə qəbul prosesi zamanı yaranmış sualları, həmçinin müraciətləri daha çevik və operativ cavablandırmaqdır.

Qeyd edək ki, aprelin 27-i saat 11:00-da növbəti tədris ili üzrə I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına start verilib. Məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq. Şagirdlərin qəbulu prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Müvafiq keçid və “WhatsApp” nömrəsi Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilib.

Azvision.az


Teqlər: Dərs   Təhsil  





Xəbər lenti