Alimlərin yeni icadı

Alimlərin yeni icadı
  01 Mart 2014    Oxunub:1549
Alimlər nanoölçülü platin çoxüzlülərin alınması üsulunu hazırlayıblar.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ, Çin və Səudiyyə Ərəbistanı kimyaçıları yanacaq batareyası katalizatorlarına rekord xüsusi səmərəlilik verən nanoölçülü platin çoxüzlülərin alınması üsulunu hazırlayıblar.

Platin çoxüzlülərin alınması üçün alimlər əvvəlcə nikel və platin qatışığının kristallaşmasını həyata keçiriblər. Əmələ gələn nanohissəciklərdə platin əsasən kənarda cəmləşib, daxildə isə onu nikel əvəz edib. Sonra nikel kimyəvi üsulla təmizlənib və nəticədə yalnız platin tillərdən ibarət boş çoxüzlülər yaranıb. Əsas çətinlik turşu kimi aqressiv maddələrdən istifadə etmədən oksigenin kimyəvi təmizlənməsi üçün lazımi şəraiti seçməkdən ibarət olub.

Ən yaxşı müasir analoqlarını 36 dəfə üstələyən hasil olmuş nanohissəciklər çox yüksək kütlə nisbətinə malik olub. Bundan başqa, onlarda rekord həcmdə az bahalı platindən istifadə olunub. Mütəxəssislərin sözlərinə görə, yeni katalizatorların effektivliyi ABŞ Enerji Departamentinin proqnozlarına görə alimlərin 2017-ci ildə nail olacaqları səmərəliliyi xeyli üstələyir.

Yanacaq elementləri avtonom texnikanın, o cümlədən elektromobil və robotların inkişafının əsas məhdudlaşdırıcılarından biridir. Yeni katalizator həm kimyəvi yanacaq batareyalarında, həm də adi akkumulyatorlarda tətbiq edilə bilər,



Teqlər:





Xəbər lenti