Balerinaya medal verilib

Balerinaya medal verilib
  09 Aprel 2021    Oxunub:3849
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının aparıcı solisti, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı, Balet artistlərinin Q.Almaszadə adına I Beynəlxalq müsabiqəsinin Qran-pri mükafatı və "Humay" milli mükafatının laureatı Cəmilə Kərimova bu günlərdə daha bir yüksək mükafata - Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalına layiq görülüb.
Cəmilə Kərimova balet artisti üçün vacib olan yüksək göstəricilərə, gözəl səhnə görkəminə və texnikaya, nadir plastika və temperamentə malikdir. 12 ildən artıqdır Teatrda çalışır. O bu gün milli balet sənətimizin ən parlaq nümayəndələrindən biridir. Teatrın repertuarında olan əksər milli və klassik balet tamaşalarında bir çox mürəkkəb partiyaları yüksək professionallıqla ifa edir.

Rusiya Akademik Böyük Opera və Balet Teatrının nümayəndələri, SSRİ Xalq artistləri Mark Peretokin və Lyüdmila Semenyaka Teatrımızda qonaq olarkən Cəmilənin məşqlərdə və tamaşalardakı çıxışlarını izləmiş, onun professional keyfiyyətlərini, istedad və bacarığını yüksək qiymətləndiriblər.




Teqlər: Balet  





Xəbər lenti