Azərbaycanda elmi telekanal açılacaq

Azərbaycanda elmi telekanal açılacaq
  27 Fevral 2014    Oxunub:1045
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) "ElmTV" elmi internet telekanalını açmağa hazırlaşır. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan bildiriblər ki, hazırda internet telekanalının yayımı sınaq rejimində aparılır və AMEA-nın struktur bölmələrinin kanala lokal çıxışı var.
Layihə Science.az portalına əsaslanır. Portalda Akademiyanın təşkil etdiyi seminar və konfranslarla tanış olmaq mümkündür. AMEA artıq zəruri studiya avadanlığı da alıb.

Layihənin əsas məqsədi ölkədə həyata keçirilən elmi proqram, layihələr və hazırda elm sahəsində baş verən hadisələr barədə xəbərlər və videomateriallar şəklində məlumatlandırmaqdır.
Hazırda Science.az portalının yeni versiyasının yaradılması üzərində iş aparılır. İşin yaxın vaxtlarda yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda 9 ümumrespublika televiziya kanalı və 5 internet telekanalı yayımlanır (`Trend`).


Teqlər:  





Xəbər lenti