“Qalatasaray” sülh bağladı, “Real” darmadağın etdi

“Qalatasaray” sülh bağladı, “Real” darmadağın etdi
  27 Fevral 2014    Oxunub:1754
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub. AzVision.az xəbər verir ki, bu gecə daha iki qarşılaşma baş tutub. "Qalatasaray" "Çelsi"ni sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Digər qarşılaşmada Madrid "Real"ı səfərdə Almaniyanın "Şalke" klubu ilə üz-üzə gəlib. Görüş qonaqların 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 18-də keçiriləcək.


Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə) - 1:1
Qollar: Torres, 8 (0:1), Şedju, 65 (1:1)

23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)- 1:6
Qollar: Benzema, 13 (0:1), Bale, 21 (0:2), Ronaldo, 52 (0:3), Benzema, 57 (0:4), Bale, 69 (0:5), Ronaldo, 89 (0:6), Huntelar, 90+1 (1:6)

25 fevral

21:00. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:4
Qollar: Mixtaryan, 4 (0:1), Roys, 5 (0:2), Şatov, 58 (1:2), Levandovski, 61 (1:3), Halk, 69-pen (2:3), Levandovski, 71 (2:4)

23:45. "Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə) - 2:0
Qollar: Dominges, 38 (1:0), Kembel, 55 (2:0)



Teqlər:





Xəbər lenti