“Pandemiya incəsənətə çox böyük zərbə vurdu” - Ramiz Məlik
Bunu Azvision.az -a Xalq artisti Ramiz Məlik deyib. Aktyor pandemiya şəraitində sənətdən uzaq düşdüyünü bildirib.
R. Məlik vaxtını əsasən evdə keçirdiyini söyləyib: “Günümün çox hissəsi evdə keçir. Lazım olanda bazara, dükana gedirəm, məişət işləri ilə məşğul oluram. Qalan vaxtı isə kompüterin qabağında oturub xəbərləri oxuyuram, şərh yazıram. "Facebook" şəbəkəsində aktivəm. Necə deyərlər, qurdumuzu belə öldürürük. Bu yaxınlarda Mədəniyyət kanalında haqqımda veriliş getdi. Tamaşaçılar qarşısına çıxıb söhbət etdim.
Nəvələrimin ikisi xaricdə, digərləri Azərbaycandadır. Bayrama görə qızım xaricdən ölkəmizə gəlib. Ancaq onlarla harasa çıxıb gəzə bilmirəm. Çölə çıxdınsa, gərək maska taxasan.
Maska ilə gəzmək mümkün deyil, adam boğulur. Operativ Qərargahın ümidinə qalmışıq”.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Teatr RamizMəlik