Fəlsəfə İnstitutunda boş yerlər

Fəlsəfə İnstitutunda boş yerlər
  25 Fevral 2014    Oxunub:1586
Fəlsəfə İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Müsabiqədə elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilərlər.

Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu bəzi vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

AzVision.az AMEA-nın saytına istinadən məlumatına görə, vakant yerlər “Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses” şöbəsi üzrə baş elmi işçi - 1 yer, “Politologiya və siyasi sosiologiya” şöbəsi üzrə aparıcı elmi işçi - 1 yer, “Cinayət hüququ və cinayət prosesi” şöbəsi üzrə aparıcı elmi işçi - 1 yerdir.

Müsabiqədə elmlər doktorları və fəlsəfə doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətində müvafiq ünvana göndərilməlidir.


Teqlər:  





Xəbər lenti