Bəzi ixtisaslar üzrə qiyabi təhsil ləğv edilir

Bəzi ixtisaslar üzrə qiyabi təhsil ləğv edilir
  24 Fevral 2014    Oxunub:2339
Təhsil Nazirliyi bu ildən ali təhsil müəssisələrinin magistratura səviyyələrində qiyabi təhsil forması üzrə kadr hazırlığının dayandırılması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

AzVision.az xəbər verir ki, nazirliyin rəsmi açıqlamada bildirilib ki, magistratura ali təhsilin ikinci səviyyəsi olaraq yüksək ixtisaslı kadr hazırlamaqla ali elmi-ixtisas dərəcəsi verir. Müasir dövrdə ali elmi-ixtisas dərəcəli, xüsusilə də təhsil ixtisasları sahəsi üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığı istehsalatdan ayrılmaqla aparılan əyani təhsil formasında mümkündür.

Qeyd olunub ki, ölkədə qiyabi təhsil heç də ləğv edilmir. Təhsilin keyfiyyətini yüksəltmək məqsədilə bəzi ixtisaslar üzrə qiyabi şöbələrə tələbə qəbulu planı məhdudlaşdırılıb.


Teqlər:  





Xəbər lenti