Azərbaycanda yeni universitet yaradılır

   Azərbaycanda yeni universitet yaradılır
  09 Mart 2021    Oxunub:2549
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının bazasında Şəki Dövlət Universitetinin yaradılması üçün aidiyyatı üzrə müraciət edilib.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər il filiala müxtəlif ixtisaslar üzrə təxminən 270-280 tələbə qəbul olunur. Ümumilikdə isə filialda 1000-ə yaxın tələbə təhsil alır.

Azvision.az


Teqlər: Şəki   Universitet  





Xəbər lenti