K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirində qalib olduq

K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirində qalib olduq
  24 Fevral 2014    Oxunub:1668
Bakıda keçirilən K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirində reytinq döyüşlərində daha bir Azərbaycan idmançısı qələbə qazanıb

Xəbər verdiyimiz kimi, fevralın 23-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində K-1 döyüşü üzrə dünya “Qran-pri” turnirinin final mərhələsi keçirilir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, reytinq döyüşlərində Azərbaycanın daha bir idmançısı qələbə qazanmışdır.

Turnirdə 71 kiloqram çəki dərəcəsində Alim Nəbiyev (Azərbaycan) - Çad Sugden (Böyük Britaniya) qarşılaşmışlar. Bu görüşdə Azərbaycan idmançısı qalib gəlmişdir.

Digər görüşdə isə 70 kiloqram çəki dərəcəsində İsmət Ağazadə (Azərbaycan) - Cedric Manhoef (Suriya) ilə qarşılaşmışdır. Qonaq idmançı rəqibindən üstün olmuşdur.
Qaliblərə kuboklar təqdim edilir.

Reytinq görüşlərində 70 kiloqram çəki dərəcəsində Ziya Bayramov (Azərbaycan)- Omar Al Amrani (Mərakeş), 85 kiloqram çəki dərəcəsində Samet Kesser (Türkiyə) - Lazar Daniel (Rumıniya), 72 kiloqram çəki dərəcəsində Tural Bayramov (Azərbaycan) – Marco Groh (Almlaniya), 95 kiloqram çəki dərəcəsində Moises Bautu (İspaniya) – Fabian Gondorf (Niderland), 100 kiloqramdam yuxarı çəki dərəcəsində Ağalar Sadıxzadə (Azərbaycan) - Corc Kolin (Suriya) döyüşəcəklər.


Teqlər:





Xəbər lenti