Azərbaycan-Qazaxıstan əməkdaşlığında yeni imkanlar

Azərbaycan-Qazaxıstan əməkdaşlığında yeni imkanlar
  04 Mart 2021    Oxunub:3964
Qazaxıstanın Bakıdakı səfirliyində “Qazaxıstan – Azərbaycan: əməkdaşlığın yeni imkanları” mövzusunda işgüzar görüş təşkil olunub.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, görüş çərçivəsində iki ölkənin müasir iqtisadi prioritetlər, ticarət-iqtisadi, energetika, tranzit-nəqliyyat və kənd təsərrüfatı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti, onların post-pandemiya dövründə inkişaf perspektivləri müzakirə olunub.

Zakir Həsənov Qazaxıstana başsağlığı verib
Tədbirdə TRACECA HK-nin baş katibi Asset Asavbayev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), “Qazaxıstan Ticarət Evinin”, Qazaxıstanda “Azərbaycan Ticarət Evinin” rəhbərliyi, iki ölkənin dövlət sektorunun, işgüzar dairələrinin və milli şirkətlərinin nümayəndələri iştirak ediblər.

Tədbiri açan Qazaxıstanın səfiri Serjan Abdıkarimov ölkəsinin hökuməti tərəfindən həyata keçirilərn antiböhran tədbirləri, QR-nın vətəndaşların həyat keyfiyyətinin artırılmasına yönəlmiş ictimai-siyasi və sosial-iqtisadi modernləşmənin məzmunu, Prezident Kassım-Jomart Tokayevin Qazaxıstan xalqına müraciətində qeyd olunmuş ədalətli cəmiyyətinin və effektiv dövlətinin qurulması haqqında məlumat verib. Xüsusi diqqət, kiçik və orta biznesinin dəstəkləməsi tədbirlərinə, Vergi Məcəlləsinin yenidən baxılmasına, dövlət aktivlərinin özəlləşdirilməsinə, sənaye və işgüzar aktivliyinin stimullaşdırılmasına yönəldilib. Pandemiya və karantin məhdudiyyətləri şəraitində Azərbaycanla ikitərəfli ticarət dövriyyəsinin aşağı düşməsi nəzərə alaraq, onun artırılması, hər iki ölkənin bazarına çıxarılan malların nomenklaturasının genişləndirilməsi istiqamətində bütün mövcud olan vasitələrdən istifadə olunmasının vacibliyi vurğulanıb.

Səfir qeyd edib ki, Qarabağ ətrafında vəziyyətin stabilləşməsi Cənubi Qafqazın və Türkiyənin Qazaxıstan və Mərkəzi Asiya ölkələri ilə daha geniş transregional inteqrasiyasiyası, iki ölkənin Xəzər liman infrastrukturun artan potensialın açılması, Qazaxıstan şirkətlərin Azərbaycanın azad olunmuş ərazilərin bərpasında iştirak etməsi üçün yeni şəraitlər yaradır.

TRACECA-nın baş katibi Aset Asavbayev Azərbaycanın və Qazaxıstanın TRACECA müasir tranzit-nəqliyyat infrastrukturun yaradılması istiqamətində səylərini yüksək qiymətləndirib, rəqəmsal texnologiyaların tətbiqi üzrə işlərdən bəhs edib, bu da, pandemiya dövründə bu sahəyə olan cəlbediciliyini artıracaq.

Bakı dəniz limanının rəhbəri Taleh Ziyadov öz çıxışında Qazaxıstanın və Azərbaycanın dəniz limanların fəaliyyətinin bundan sonra da sinxronlaşdırılması, Ələt (Bakı) limanının modernləşdirilməsi və tranzit potensialının artırılması istiqamətində tədbirlər haqqında danışıb.

İşgüzar dairələri arasında əməkdaşlıq perspektivləri haqqında danışan Kiçik və Orta Biznesinin İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan sahibkarların dəstəkləməsi mexanizmləri və postpandemiya dövründə ölkədə milli və xarici biznesinin aparılmasının sadələşdirilməsinə yönələn layiəhələr haqqında söz açıb. O, vurğulayıb ki, KOB sahəsində iki ölkə arasında əməkdaşlıq Qazaxıstan və Azərbaycan bazarlarında ixrac məhsulların təşviqi, birgə investisiya layihələrin reallaşdırılması, ticarət dövriyyəsinin artırılması üçün əlavə imkanlar açır. O.Məmmədov Qazaxıstan biznesinin Azərbaycanın işğaldan azad olunan ərazilərin bərpasında iştirakın etməsinə hazır olmasını alqışlayıb.

Azərbaycanda “Qazaxıstan Ticarət Evinin” fəaliyyətinin təqdim edən təsisçisi Rüfət Rzayev Azərbaycan bazarında öz yerini tuta biləcək Qazaxıstan mallarının yüksək keyfiyyətini vurğulayaraq, iki ölkənin biznes nümayəndələri arasında sıx işgüzar əlaqələrin qurulmasının vacibliyini qeyd edib. O, həmçinin, birbaşa aviareyslərin bərpasından sonra Bakıda malların sərgisinin keçirilməsi üçün Qazaxıstan ticarət missiyasının təşkili ilə bağlı planlar haqqında da danışıb.

Görüşdə iştirak edən qazaxıstanlı sahibkarlar Azərbaycanda biznesin aparılması şəraitini müsbət qiymətləndirərək, iki ölkə arasında işgüzar dairələri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar, “Qazaxıstan-Azərbaycan işgüzar şurasının” yaradılmasının ticarət dövriyyəsinin, qarşılıqlı investisiyaların artırılması, praktiki və problemli məsələlərin həlli üçün sahibkarların səylərinin birləşdirəcəyi ilə bağlı fikrini bildirdilər. Onlar, həmçinin, Azərbaycanın azad olunmuş ərazilər də daxil olmaqla, yeni biznes-layihələrin həyata keçirilməsində maraqlı olduğunu da bildiriblər.

Tədbirin sonunda Qazaxıstanla Azərbaycan arasında ticarət-iqtisadi və investisiya əlaqələrin genişləndirilməsi üçün yeni perspektivlər və imkanlar haqqında məzmunlu fikir mübadiləsi baş tutub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qazaxıstan   Səfirlik  





Xəbər lenti