“WhatsApp”dan yeni funksiya: Foto avtomatik silinəcək

  04 Mart 2021    Oxunub : 4434
“WhatsApp”dan yeni funksiya:  Foto avtomatik silinəcək
“WhatsApp” messenceri özü silinən fotoşəkil göndərmə funksiyasını tətbiq edəcək.
Azvision.az xəbər verir ki, messencerə yeni düymə əlavə ediləcək. Həmin düymə aktiv olarsa, istifadəçi şəkli paylaşdıqdan sonra çatdan çıxan kimi foto avtomatik silinəcək.

Fotonu alan şəxsə isə şəklin silinməsi barədə bildiriş göndəriləcək. Bu xüsusiyyətlər “Android” və “iOS” üçün növbəti yeniləmələrin birində görünəcək.

Azvision.az

Teqlər: Messencer   Xidmət