Magistratura imtahanında ən yüksək balı o topladı - FOTO

  03 Mart 2021    Oxunub : 3363
 Magistratura imtahanında ən yüksək balı o topladı -  FOTO
Fevralın 28-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına keçirilən qəbul imtahanında respublika üzrə ən yüksək balı toplayan bakalavr Sumqayıt şəhərində yaşayan Pərviz Vəliyevdir.
Bakı Mühəndislik Universitetinin sonuncu kurs tələbəsi olan Pərviz Azvision.az -a açıqlamasında oktyabrdan müntəzəm olaraq hazırlıq kursuna getdiyini deyib.

“İmtahana yaxın hazırlığım daha da intensivləşdi. İmtahanda məntiqlə bağlı suallar bir qədər çətin idi, vaxt aparan idi. 5 dəqiqə əlavə vaxt olsaydı, nəticəm 99 və ya 100 olardı. 3 saat ərzində yazdığım cavablarla 96 bal topladım.

Magistratura pilləsi üzrə təhsilimi Bakı Ali Neft Məktəbində öz ixtisasım üzrə davam etdirmək niyyətindəyəm. 5 il öncə Bakı Mühəndislik məktəbinə 617 balla daxil olmuşdum”, - deyə tələbə bildirib.



Aytən Zəhra
Azvision.az

Teqlər: Magistr   Yüksək-nəticə