Finlandiya ABŞ-ı darmadağın etdi - VİDEO

Finlandiya ABŞ-ı darmadağın etdi - VİDEO
  23 Fevral 2014    Oxunub:1353
Xokkey üzrə olimpiada bürünc medalı uğrunda gedən oyunda yüksək hesab qeydə alınıb.
Xokkey üzrə Finlandiya yığması olimpiada bürünc medalı uğrunda gedən oyunda ABŞ yığmasına qalib gəlib.

AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, finlər amerikalıların qapısından beş cavabsız şayba keçiriblər. 42 yaşlı Teemu Selyanne dubla imza atıb. Conatan Kvikin qapısından bir dəfə şayba keçirənlər isə Yessi Yokinen, Yuuso Xietanen və Olli Myatya olublar.

Qızıl medal uğrunda mübarizə isə fevralın 23-də Kanada və İsveç komandaları arasında keçiriləcək. Finlandiya komandası dörddə bir finalda Rusiya millisinə 3:1 hesabı ilə qalib gəlmişdi.




Teqlər:  





Xəbər lenti