Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edildi

Qaydaları pozan 3 nəfərin imtahan nəticələri ləğv edildi
  02 Mart 2021    Oxunub:2093
Xəbər veridiyimi kimi, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahan nəticələri ilə buradan tanış ola bilərsiniz. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 19885 bakalavrdan 256 nəfəri imtahana gəlməyib. 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 96 bal olub.

Xatırladaq ki, ötən il də ən yüksək göstərici 96 bal olub.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti