Qanunsuz ov edən üç nəfər tutuldu

Qanunsuz ov edən üç nəfər tutuldu
  01 Mart 2021    Oxunub:1458
Salyanda qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən fevralın 26-da Yenikənd kəndi ərazisində qanunsuz ov edən Qarabağlı kənd sakinləri N.Rüstəmov, M.Əkbərov və R.Əmralıyev tutulub.

Onlardan 2 ədəd “Huğlu” və 1 ədəd “Cıfsan” markalı ov tüfəngləri götürülüb.


Azvision.az


Teqlər: DİN   Ov  





Xəbər lenti