Sınaq imtahanının nəticələri açıqlandı

Sınaq imtahanının nəticələri açıqlandı
  27 Fevral 2021    Oxunub:2789
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün 2021-ci il fevralın 21-də keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, imtahan iştirakçıları DİM-in internet saytında nəticələri, cavab kartı və cavab vərəqlərinin qrafik təsviri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanı İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 50 nəfər iştirak edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Tapşırıqların 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti