Xocalı soyqırımının 29 ili - FOTOREPORTAJ

  26 Fevral 2021    Oxunub : 3358
   Xocalı soyqırımının 29 ili -    FOTOREPORTAJ
Xocalı soyqırımının 29-cu ildönümüdür. Bu münasibətlə paytaxtın Xətai rayonundakı "Ana harayı" abidəsi ziyarət olunur.
Xocalı faciəsi ilk dəfə fərqli şəkildə anılır. Ötən il tarixi qələbə qazandığımız 44 günlük Vətən müharibəsində ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovuşdu. Azərbaycan Ordusu Xocalı soyqırımı qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Bu il ilk dəfədir ki, Xocalı qurbanlarının əziz xatirəsini qalib ölkənin qalib vətəndaşları kimi yad edirik.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63-ü uşaq, 106-sı qadın xüsusi amansızlıqla qətlə yetirilib. Soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Girov götürülən 1275 nəfərdən 197-nin taleyi indiyədək məlum deyil.



























Foto: Şahin Sərdarov
Azvision.az

Teqlər: Xocalı   Soyqırım