Azərbaycanda avtomobil idmanı inkişaf etdiriləcək

Azərbaycanda avtomobil idmanı inkişaf etdiriləcək
  22 Fevral 2014    Oxunub:1116
Avtomobil İdman Növləri Federasiyasının yeni prezidenti Anar Ələkbərov gələcəkdə də bu idman növünün inkişaf etdirilməsinə önəm veriləcəyini bildirib.
Trend-in məlumatına görə, Azərbaycanda son illər avtomobil idmanına marağın artdığını qeyd edən A.Ələkbərov bir sıra məşhur beynəlxalq layihələrin və yarışların ölkəmizdə keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Qeyd edək ki, bu gün Avtomobil İdman Növləri Federasiyasının İcraiyyə Komitəsinin toplantısı keçirilib. Səsvermə yolu ilə keçirilən iclasda Heydər Əliyev Fondunun icraçı direktoru, Heydər Əliyev Mərkəzinin direktoru A.Ələkbərov federasiyaya prezident seçilib.

Xatırladaq ki, federasiyanın bundan əvvəlki prezidenti Çingiz Baxşəliyev idi.


Teqlər:





Xəbər lenti