“Leyli və Məcnun” ilk dəfə səhnələşdirildi - VİDEO

“Leyli və Məcnun” ilk dəfə səhnələşdirildi -    VİDEO
  20 Fevral 2021    Oxunub:5613
Bakı Gənclər Mərkəzi “Nizami Gəncəvi ili” ilə əlaqədar start verdiyi silsilə layihələr çərçivəsində dahi şairin “Leyli və Məcnun” əsərini səhnələşdirib.
Azvision.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, tamaşa Bakı Gənclər Mərkəzinin “SəhnədəSən” aktyorluq klubunun istedadlı gəncləri tərəfindən ilk dəfə dialoq formasında səhnələşdirilib.

Böyük mütəfəkkir Nizami Gəncəvinin dünya şöhrətli “Xəmsə”sinə daxil olan, ülvi, saf və təmiz məhəbbəti təcəssüm etdirən bu əsər əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlayıb.



Azvision.az



Teqlər: Leyli-Məcnun  





Xəbər lenti