Şagirdlərin elektron yerdəyişməsi başlayıb

Şagirdlərin elektron yerdəyişməsi başlayıb
  17 Fevral 2021    Oxunub:4367
Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılmışdı. Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı idi.

Azvision.az


Teqlər: Təhsil   Şagird   Elektron  





Xəbər lenti