35 məktəbdə peşə təmayüllü siniflər yaradılır

35 məktəbdə peşə təmayüllü siniflər yaradılır
  16 Fevral 2021    Oxunub:2207
Bu il ötən illə müqayisədə peşə təhsilə cəlb olunan gənclərin sayı 27 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, gənclərin peşə təhsilinə marağı onların gələcək iqtisadi gəlirlərinə təsir edən amillərdən biridir.

“Bir çox bölgələrdə peşə təhsili ilə bağlı işlər görülür. Bərdə və Cəlilabad rayonlarında peşə təhsil mərkəzləri tikilir, Lənkəran və Bakıda peşə təhsili mərkəzlərinin təməli qoyulub, Mingəçevrdə isə layihələndirmə işlərinə başlanılıb”.

Nazir qeyd edib ki, Azərbaycanın 35 məktəbində peşə təmayüllü siniflərin yaradılması istiqamətində iş aparılır.

“Yaxın gələcəkdə 50 belə məktəbin olması planda var. Hazırda peşə təhsilinə qəbul prosesi elektron formada aparılır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Peşə-təhsili  





Xəbər lenti