Abel Məhərrəmov narazı tələbələrlə görüşəcək

Abel Məhərrəmov narazı tələbələrlə görüşəcək
  20 Fevral 2014    Oxunub:1680
Bakı Dövlət Universitetində tələbələrin bu gün keçirilən aksiyası ilə bağlı universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova açıqlama yayıb.
AzVision.az-a universitet rəsmisinin verdiyi məlumata görə, aksiya 8-10dəqiqə davam edib:

“Bir neçə gün bundan əvvəl facebook sosial şəbəkəsində bir qrup tələbə Nazirlər Kabinetinin alt qrupda əlavə pul ödəmələri ilə bağlı etiraz aksiyası keçirmək məqsədilə çağırış ediblər. Bununla əlaqədar BDU-da izahat işləri aparılıb, bu qərarın şərhilə əlaqədar mətbuatda məlumatlar verilib. Buna baxmayaraq, Bakı şəhərindəki müxtəlif təhsil müəssisələrinin bəzi tələbəbləri və əksəriyyəti ümumiyyətlə tələbə olmayan müxtəlif təbəqələrin nümayəndələri universitet qarşısında aksiya keçirməyə cəhd ediblər. BDU tələbələrinin bir hissəsi isə etiraz edən tələbə yoldaşlarına izahat vermək məqsədilə tədbirə qoşulub”.

P.İbrahimovanın sözlərinə görə, polislər universitetə aksiya üçün gəlməyib: “Bəzi qızışdırıcı şəxslərin təşəbbüslərinə baxmayaraq, tələbələr qərarın mahiyyətini başa düşərək aksiyanı tərk ediblər. Aksiya 8-10 dəqiqə davam edib. Bir sıra mətbuat orqanlarında tədbirə polislər tərəfindən müdaxilə edilməsi fikri yayılıb. Bununla əlaqədar olaraq bildiririk ki, əvvəlcədən olan razılaşmaya əsasən, Qazaxıstan Respublikası Parlamentinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə BDU-da görüş keçiriləcək və polis əməkdaşları həmin tədbirə görə BDU-ya gəlib”.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bu aksiya ilə bağlı sabah Təhsil Nazirliyinin nümayəndələri tələbələrlə görüşəcək:
“Məlumat üçün bir daha bildiririk ki, kredit sistemilə təhsilin təşkilinə dair qaydalar üzrə daha ətraflı izahatların verilməsi məqsədilə sabah Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı ilə tələbələrin rektorla görüşü planlaşdırılıb”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti