Günəşdə güclü partlayış - maqnit qasırğası başlayıb

Günəşdə güclü partlayış -  maqnit qasırğası başlayıb
  19 Fevral 2014    Oxunub:1470
Yer kürəsində maqnit qasırğası başlayıb. Rusiya Hidrometeorologiya İdarəsinin Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, ötən gecə Günəşin görünən diskində ləkələrin səkkiz qrupu müşahidə olunub. Ardıcıl orta güclü partlayışlar qeydə alınıb.

Yaxın günlərdə geomaqnit qasırğası davam edəcək, cümə günü də müşahidə olunacaq. Fevralın 20-də geomaqnit sahəsinin sakitdən daimi olmayana qədər dəyişəcəyi gözlənilir, radiasiya vəziyyəti sakit olacaq. Günün ayrı-ayrı saatlarında radioəlaqənin kəsilməsi mümkündür.

Geomaqnit fonda sapmalar meteohəssas insanların, ilk növbədə, ürək-damar xəstəlikləri olanların əhvalının pisləşməsinə səbəb ola bilər.


Teqlər:





Xəbər lenti