Ağcabədi və Bakıda ev yanıb

Ağcabədi və Bakıda ev yanıb
  05 Fevral 2021    Oxunub:1952
Ağcabədi rayonunun Sarıcalı kəndində ümumi sahəsi 110 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan bitişik, ümumi sahəsi 133 m² olan talvarın lambirindən ibarət tavanı əriyib. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Həmçinin, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 150 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın   Ev  





Xəbər lenti