Universitetlərdə mühazirə və seminarlar onlayn keçiriləcək

Universitetlərdə mühazirə və seminarlar onlayn keçiriləcək
  04 Fevral 2021    Oxunub:2935
Ali təhsil müəssisələrində mühazirə və seminarlar onlayn keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə əyani tədrisi nəzərdə tutulur.

Xatırladaq ki, fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Azvision.az


Teqlər: Təhsil   Məktəb   Dərs  





Xəbər lenti