Təhsil Nazirliyi arayış məsələsinə aydınlıq gətirdi

Təhsil Nazirliyi arayış məsələsinə aydınlıq gətirdi
  04 Fevral 2021    Oxunub:2197
Şagirdlərdən ərazi üzrə poliklinikalardan arayış istənilməsi barədə tələb qoyulmayıb.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, bu məsələ araşdırılıb, bir neçə məktəbdə müəllim tərəfindən belə göstəriş verilib.

“Belə bir qayda yoxdur. Şagirdlər sinifə daxil olarkən onların hərarəti ölçülür. Eyni sinifdə yoluxma səviyyəsi çox olarsa, həmin sinif distant formaya keçir. Əgər məktəbdə yoluxma olarsa, məktəb distant formaya keçir. Bu təcrübə sentyabr dövründə də tətbiq olunmuşdu”.

R.Tağıyev bildirib ki, 4 gün ərzində cüzi yoluxma var və siniflərin bağlanması ilə bağlı məsələ gündəmdə deyil.

Aytən Zəhra
Azvision.az



Teqlər: Məktəb   Tədris  





Xəbər lenti