Fevralın 15-dən universitet və kolleclər açılır

 Fevralın 15-dən universitet və kolleclər açılır
  04 Fevral 2021    Oxunub:4520
Ali və orta ixtisas təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi formada bərpa ediləcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Azvision.az


Teqlər: Universitet   Təhsil  





Xəbər lenti