Bakıda V-IX siniflər həftədə iki dəfə dərsə gedəcək

 Bakıda V-IX siniflər həftədə iki dəfə dərsə gedəcək
  04 Fevral 2021    Oxunub:2959
Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslərin bərpa olunacağı tarix açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 2021-ci il 15 fevral tarixindən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla dərslər ənənəvi formada bərpa olunacaq.

Xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla dərslər ənənəvi formada bərpa ediləcək.

Azvision.az


Teqlər: Təhsil   Məktəb  





Xəbər lenti