PSJ və “Barsa” qalib gəldi – Çempionlar Liqası

PSJ və “Barsa” qalib gəldi – Çempionlar Liqası
  19 Fevral 2014    Oxunub:1372
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
AzVision.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. Fransa çempionu PSJ klubu Almaniyada Leverkuzen "Bayer"inin qonağı olub. Qarşılamla fransızların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Günün maraq doğuran oyunlarından biri Mançesterdə baş tutub. "Mançester Siti" klubu "Barselona" ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarına fevralın 26-da yekun vurulacaq.

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - 0:2
Qollar: Messi, 54-pen. (0:1), Alveş, 89 (0:2)

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - PSJ (Fransa) - 0:4
Qollar: Matudi, 3 (0:1), İbrahimoviç, 39-pen. (0:2), 42 (0:3), Kabaye, 88 (0:4)

19 fevral

23:45. "Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)
23:45. "Milan" (İtaliya) - "Altetiko" (Madrid, İspaniya)

25 fevral

23:45. "Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə)
21:00. "Zenit" (Rusiya) - "Borussiya" (Dortmund, Almaniya)

26 fevral

23:45. "Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)
23:45. "Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)


Teqlər:





Xəbər lenti