BŞTİ-yə 1612 müraciət daxil olub

BŞTİ-yə 1612 müraciət daxil olub
  03 Fevral 2021    Oxunub:3022
2021-ci ilin yanvar ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 1612 müraciət daxil olub.
BŞTİ-dən Azvision.az -a verilən məlumata görə, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (+99412 599-12-22) 654 zəng qəbul edilib.

Ötən ay BŞTİ-yə 753 sənəd (vətəndaşlar tərəfindən 188 ərizə, Təhsil Nazirliyindən 82, digər qurumlardan 171, məktəblərdən 237 məktub, 25 strukturdaxili yazışma və 50 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 205 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.

Azvision.az


Teqlər: BŞTİ   Məktəb   Təhsil  





Xəbər lenti