BP 20 milyard dollar zərər edib

BP 20 milyard dollar zərər edib
  02 Fevral 2021    Oxunub:1088
2020-ci ilin nəticələrinə əsasən, Böyük Britaniyanın BP neft-qaz şirkətinin səhmdarlarının payına düşən xalis zərəri 20,31 milyard ABŞ dolları təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə BP-nin hesabatında qeyd edilib. Bildirilib ki, 2019-cu ildə şirkətin xalis zərəri 4,03 milyard ABŞ dolları təşkil edib.

Ötən ilin dördüncü rübü ərzində şirkət 115 mln ABŞ dolları mənfəət əldə edib. Şirkətin gəlirləri 1,36 milyard ABŞ dolları olub ki, bu da daha əvvəlki illə müqayisədə 71,5 dəfə artıma bərabərdir.

2020-ci ildə şirkətin gəlirləri 35 % azalarq 180,37 milyard ABŞ dolları təşkil edib. Ötən ilin dördüncü rübündə isə bu göstərici 37 % azalaraq 44,79 milyard ABŞ dolları olub.

Meksika körfəzində miqyaslı şəkildə neftin dağılması qəza ilə bağlı olan kompensasiya ödənişləri çıxılmaqla sərbəst pul axını 2020-ci ildə 13,8 milyard ABŞ dolları təşkil edib. BP-nin kapital xərcləri ilin nəticələrinə görə 12,03 miyard ABŞ dolları təşkil edib. Daha əvvəlki ildə bu göstərici 15,24 milyard ABŞ dolları olub.

BP Qrupunda 2020-ci il ərzində hasilat 8,1 % azalaraq gündəlik olaraq 3,47 milyon barel neft ekvivalentinə bərabər olub.

Azvision.az




Teqlər: BP   Hesabat  





Xəbər lenti