Təhsil naziri məktəblərin açılmasından yazdı

Təhsil naziri məktəblərin açılmasından yazdı
  01 Fevral 2021    Oxunub:3045
Bu gün uzun zaman sonra məktəbin yenidən canlandığı gündür. Yəqin ki, bu gün hər yerdə sinif yoldaşlarını, müəllimini görmək üçün məktəbə tələsən şagirdlərə rastlamısınız.
Azvision.az xəbır verir ki, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında yazıb.

"Ümid edək ki, COVID-19-la bağlı ölkə ərazisindəki vəziyyət getdikcə yaxşılaşacaq və bütün siniflər üzrə şagirdlər, həmçinin tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər. Hamıya uğurlar arzulayıram!".

Qeyd edək ki, bu gündən ümumtəhsil məktəblərinin I və IV sinifləri ənənəvi təhsilə başlayıblar.

Azvision.az


Teqlər: Təhsil-naziri   Məktəb  





Xəbər lenti